Estoniya parlamentinə Gürcüstan rəsmilərinə, həmçinin iş adamı Bidzina İvanişviliyə sanksiyaların tətbiq edilməsini nəzərdə tutan bəyanat layihəsi təqdim edilib.
QafqazTürk.com xəbər verir ki, sənəddə Gürcüstanda demokratiya böhranının olduğu qeyd olunub.
Riyqikoqunun (Estoniya parlamenti) Xarici Əlaqələr Komitəsinin üzvü Eerik-Niiles Krossun 44 deputatın adından təqdim etdiyi bəyanat layihəsində Gürcüstan hökumətinin “anti-demokratik addımları” qınanılıb və hakim partiyanın Gürcüstan əhalisinin böyük əksəriyyətinin Avro-Atlantik istəyini sual altında qoyduğu vurğulanıb.
Bəyanat layihəsində Estoniyaya daxil olmaq qadağası da daxil olmaqla Bidzina İvanişvilinin, Gürcüstanın hökumətin üzvlərinin, Gürcüstan parlamentinin rəhbər vəzifəli rəsmilərinin, hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyasının rəhbərliyinin sanksiyalara məruz qalmasının vacibliyi qeyd edilib.
Bəyanat layihəsində Gürcüstanla Aİ arasında vizasız rejimin “xarici təsir” qanunu ləğv edilənədək dondurulmasına dəstək ifadə edilib.
Bəyanatın bu gün Riyqikoqunun plenar sessiyasına çıxarılaraq müzakirəsi və səsə qoyulacağı bildirilib.