This is a specific ad

Gürcüstan Prokurorluğu yeniyetməyə qəsdən adam öldürməyə cəhddə ittiham irəli sürüb

23

Another advertisement

Gürcüstan Prokurorluğu yeniyetməyə qəsdən adam öldürməyə cəhddə ittiham irəli sürüb.

İstintaq orqanının verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, dekabrın 23-də Tbilisidə 14 yaşlı təqsirləndirilən şəxs 16 yaşlı azyaşlıya həyati təhlükəsi olan xəsarət yetirib.

Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19.109-cu maddəsinin “e” bəndi (yetkinlik yaşına çatmayan şəxsə qarşı qətlə cəhd) ilə ittiham irəli sürülüb.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.

Daxili İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Prezidentin andiçmə mərasimi bu tarixdə baş tutacaq
Öncəki yazı
“Putin qəsdən hücum etmək üçün Milad bayramını seçdi”-Vladimir Zelenski