This is a specific ad

Gürcüstan Prokurorluğu külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə əldə mənimsəmək və qanunsuz gəlirlərini leqallaşdırmaq faktı üzrə 3 nəfəri həbs edib

37

Another advertisement

Gürcüstan Prokurorluğu Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyinin İstintaq Xidməti ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəmək və qanunsuz gəlirlərini leqallaşdırmaq faktı üzrə 3 nəfəri həbs edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Onların verdiyi məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Gürcüstanın Baş Prokurorluğunda 2022-ci ildən cinayət işi üzrə aparılan istintaq çərçivəsində fakt üzrə prokurorluq tərəfindən cinayətdə iştirak edən şəxslərə məxsus bir neçə milyon lari götürülüb.

“Saxlanılan şəxslər yaranmış vəziyyətdən istifadə edərək 2021-2022-ci illər ərzində  prokurorluqda davam edən istintaqda müsbət qərar çıxarılması barədə yalan vədlər verərək, addım-addım aldadaraq  2460000 ABŞ dollarını qanunsuz ələ keçirərək öz aralarında bölüşdürüblər.

Saxlanılan şəxslər daha sonra çirkli pulların yuyulması məqsədilə dələduzluq yolu ilə əldə etdikləri pul vəsaitlərini bölmək və qanunsuz mənşəyini ört-basdır etməklə özlərinin, ailə üzvlərinin və qohumlarının adına bahalı daşınmaz əmlaklar alıb, bu yolla xüsusilə külli miqdarda qanunsuz gəlirləri leqallaşdırıblar. .

“Davam edən istintaq tədbirləri çərçivəsində təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi gəlirlər və bank hesablarında olan vəsaitlər hesabına alınmış bahalı əmlaklara əl qoyulub”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Son araşdırma göstərir ki, hazırda şagirdlərin 11,3%-i elektron siqaretdən, 11,6%-i isə tütündən istifadə edir
Öncəki yazı
İDDİA: Azərbaycan təyyarəsinin qəzaya uğramasına raket sistemi səbəb ola bilər