This is a specific ad

Gürcüstan Prokurorluğu həyat yoldaşını və iki nəfəri öldürməyə cəhd faktı üzrə 1 nəfəri ittiham edib

57

Another advertisement

Gürcüstan Prokurorluğu həyat yoldaşını və iki nəfəri öldürməyə cəhd faktı üzrə 1 nəfərə qarşı ittiham irəli sürüb

Təqsirləndirilən şəxs zor tətbiq edərək həyat yoldaşını avtomobilə mindirib, daha sonra arvadı qaçmağa nail olub, avtomobilin vurması nəticəsində iki nəfərin səhhətlərinə ciddi xəsarətlər dəyib, bundan sonra təqsirləndirilən şəxs arvadını tutaraq kəsici alətlə bir neçə dəfə xəsarət yetirib, lakin hadisə yerinə toplaşan insanlar onun qarşısını ala bilib, bu səbəbdən o, niyyətini həyata keçirə bilməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerində saxlayıb. O, Cinayət Məcəlləsinin 150-ci maddəsinin 11 prima 150- ci maddəsinin birinci hissəsi və 11 Prima, 19, 109-cu maddənin “k” və “l” bəndləri ilə ittiham olunur.

Cinayət 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.Prokurorluğun vəsatəti əsasında Tbilisi Şəhər Məhkəməsi artıq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Kateqoriya: Gündəm, Maraqlı
Sonrakı yazı
İrakli Ğaribaşvili:”2024-cü ilə planlaşdırılan olduqca çox layihələrimiz var, ümumilikdə infrastruktura təxminən 6,7 milyard lari xərclənəcək”
Öncəki yazı
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycana səfərindən məmnunluğunu ifadə edib