Gürcüstan Prezidentinin Litva Respublikasına rəsmi səfəri başlayıb

0

Gürcüstan Prezidentinin Litva Respublikasına rəsmi səfəri başlayıb.

QafqazTürk xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata əsasən Vilnüs beynəlxalq hava limanında Gürcüstan prezidentinin qarşılanma mərasimi olub.

Dövlət başçısını Vilnüs Beynəlxalq Hava Limanında Litva Respublikasının Kansleri Aqila Barciene, Litva Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Kalindra, Gürcüstanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Salome Şapakitaze və hərbi ataşe İrakli Uçadze qarşılayıb.

Sabah Litva Respublikası Prezidentinin sarayında Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək.

Litva Prezidenti Qitanas Nauseda, Baş nazir İnqrida Şimonites, Seymin sədri Viktoriya Çmilite-Nilsen ilə yüksək səviyyəli görüşlər nəzərdə tutulub.

Gürcüstan və Litva prezidentləri təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

Gürcüstan Prezidenti Antakalnis qəbiristanlığında Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olmuş qəhrəmanların abidəsi önünə əklil qoyacaq, Litvanın İşğal və Azadlıq Mübarizəsi Muzeyini ziyarət edəcək.

Gürcüstan Prezidenti və Litva Respublikasının birinci xanımı Ukraynada müharibə zamanı məcburi köçkünlər üçün açılmış “Ukrayna Mərkəzi”nə baş çəkəcəklər.

Gürcüstanın Litva Respublikasındakı səfiri Salome Şapakidzenin sözlərinə görə Gürcüstan prezidentinin belə yüksək səviyyəli səfəri çox vacibdir. Bu, ölkələr arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfə verəcək.

“İlin sonuna doğru Avropa İttifaqı ölkənin namizəd statusu ilə əlaqədar qərar qəbul edəcək və bu kontekstdə təbii ki, onun hər bir üzvü və Litvanın dəstəyi vacibdir. Həmçinin, səfər ölkənin NATO-ya inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir, çünki biz NATO sammitinə hazırlıq mərhələsindəyik və sammit bu il iyulun 11-12-də Litvada, Vilnüs şəhərində keçiriləcək. “, – deyə səfir bildirib.

Gürcüstan Prezidenti Gürcüstan parlamentinin deputatları Aleksandre Elisaşvili və Teona Akubardia, Gürcüstan Prezidentinin Administrasiyasının rəhbəri Natia Sulava, Gürcüstan Prezidentinin Beynəlxalq Təşkilatlarla və Sosial-İqtisadi Məsələlər üzrə müşaviri Ketevan Tatoşvilidən ibarət nümayəndə heyəti ilə Litvaya gedib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Fazil Mustafaya sui-qəsd edənlərin kimliyi bəlli oldu – FOTO
Öncəki yazı
Vahid milli imtahanlara qeydiyyat bu gün başa çatır