Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Salome Zurabişvili sosial şəbəkədəki səhifəsində görüşün fotolarını yayıb.
Prezident administrasiyasından verilən məlumata görə, Ukrayna prezidenti Gürcüstan prezidenti ilə görüşdə gürcü xalqına hərtərəfli dəstəyini ifadə edib.
Salome Zurabişvili və Vladimir Zelenski Parisdə görüşüblər.
Onu da qeyd edək ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp da Parisdədir.
Bu gecə 40 ölkənin hökumət rəhbərləri beş il əvvəl baş vermiş yanğından sonra bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak edəcək.