Another advertisement
Gürcüstan Prezidenti Salome Zurabişvili sabah Varşavada Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.
Mətbuat xidmətinin verdiyi məlumata görə, prezidentlərin üz-üzə görüşü nəzərdə tutulub. Görüşdən sonra media üçün birgə açıqlamalar veriləcək.
“Gürcüstan prezidenti də Varşava Təhlükəsizlik Forumunda iştirak edəcək və Avropanın təhlükəsizliyi məsələlərinə həsr olunmuş paneldə çıxış edəcək”, – deyə məlumatda deyilir.