Another advertisement
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyaya uçuşlara görə “Georgian Airways”ə qarşı boykot elan edib.
QafqazTürk xəbər verir ki, bu barədə dövlət başçısı brifinqdə bildirib.
“Gürcüstanın “Georgian Airways” aviaşirkətinin Rusiya Federasiyasına uçuşlara başlaması səbəbindən bundan sonra onun xidmətlərindən istifadə etməyəcəm. Mən özüm üçün “Georgian Airways”ı qarşı boykot elan edirəm və sizi ona qoşulmağa çağırıram. Bu, varlanmaq üçün dövlətdən istifadə edən şirkətdir. Əvvəlki hakimiyyət dövründə də belə idi”, – Zurabişvili deyib.