This is a specific ad

Gürcüstan prezidenti Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejimininin ləğv edilməsinə necə REAKSİYA VERDİ?

95

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişhvili Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejimininin ləğv edilməsini növbəti rus təxribatı adlandırıb.

Prezidentin bəyanatına görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və ərazimizin işğalı davam etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərinin aradan qaldırılması qəbuledilməzdir.

“Rusiya tərəfindən viza rejimininin ləğv edilməsini növbəti rus təxribatıdır. Rusiyanın Ukraynaya qarşı təcavüzü və ərazimizin işğalı davam etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərinin aradan qaldırılması qəbuledilməzdir”, – prezident yazır.

Xatıradaq ki, bu gün Rusiya prezidenti, Vladimir Putin Gürcüstanla viza rejiminin ləğvini və birbaşa uçuşların bərpasını nəzərdə tutan fərmanlar verdi.

Sonrakı yazı
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən sülh danışıqlarında razılıq əldə olundumu ?
Öncəki yazı
Braziliya prezidenti: Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə haqlıdır, Braziliya və digər ölkələr isə “qızıl ortanı” tapmaqda haqlıdırlar