Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan prezidenti on birinci çağırış parlamentin ilk iclasını təyin etməsə nə baş verəcəyini açıqlayıb.
QafqazTürk Media xəbər verir ki, Kobaxidzenin qeyd etdiyinə əsasən, konstitusiyaya görə, parlamentin ilk iclası seçkilərin yekunlarından sonra 10 gün ərzində keçirilməlidir, lakin prezident iclası çağırmasa, Parlament müddətinin sonunda yəni 10-cu gündə öz iclasını keçirəcək.
“Hüquqi baxımdan birinci sessiyanın keçirilməsi üçün 10 gün müddət müəyyən edilib. 10-cu gün parlament təkbaşına toplaşacaq və iclas keçiriləcək. Burada prezidentin Gürcüstan Konstitusiyasını kobud şəkildə pozsa belə, təxribat üçün heç bir resursu yoxdur. Prezidentin yalnız formal səlahiyyətləri var. O, burada yenidən konstitusiyanı kobud şəkildə poza bilər, amma parlamentin ilk iclasını əngəlləyə bilməz. Konstitusiya ilə müəyyən edilib ki, parlamentin ilk iclası seçkilər başa çatdıqdan sonra 10 gün ərzində keçirilməlidir, ona görə də nəzəri cəhətdən belə kobud pozuntuya yol versək, parlamentin sonuncu, 10-cu günü iclası olacaq. Bunu parlamentin sədri və parlamentin bürosu təmin edəcək”, – Kobaxidze bildirib.