Another advertisement
Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, respublikanın Avropa ittifaqına daxil olması ilə bağlı danışıqlar ölkədə 2024-cü ilin payızına planlaşdırılan parlament seçkilərindən sonra başlayacaq.
Qafqaztürk xəbər verir ki, Zurabişvili bunu France 24 telekanalına müsahibəsində deyib.
“Ümid edirəm ki, parlament seçkilərindən sonra yeni koalisiya yaradılacaq və bu halda biz bütün şərtləri yerinə yetirib, üzvlüklə bağlı danışıqlara başlayacağıq. Biz bunu bir ildən sonra etməli olacağıq və Avropa bizim yanımızda olmalıdır”- dövlət başçısı vurğulayıb