Another advertisement
Gürcüstan prezidenti 17 məhkumu əfv edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Prezident Administrasiyasının məlumatına görə, cəzaçəkmə müəssisəsində 2-si qadın olmaqla 13 məhkum cəzasını çəkməkdən tam azad edilib.
“4 məhkumun, o cümlədən 1 qadın məhkumun cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulan cəzanın qalan müddəti azaldılıb”, – Prezident Administrasiyasından bildirilib.