This is a specific ad

Gürcüstan – Portuqaliya münasibətləri

84

Another advertisement

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Portuqaliya Respublikasının milli müdafiə naziri Helena Karreyras ilə görüşüb.

QafqazTürk xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasında mövcud tərəfdaşlığın dinamikası nəzərdən keçirilib və mövcud əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

“Görüş zamanı Portuqaliyanın Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına dəstəyinin vacibliyi vurğulanıb. Baş nazir qeyd edib ki, Gürcüstana Avropa perspektivi verilməklə, Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğu bir daha təsdiqlənib.

Hökumət başçısı Portuqaliya Respublikasının milli müdafiə nazirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib. Söhbətdə regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlara toxunulub.

İclasda Portuqaliya Respublikasının Milli Müdafiə Siyasəti üzrə direktor müavini briqada generalı Ana Baltazar və Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze iştirak ediblər”, – deyə baş nazirin mətbuat xidməti bildirib.

Sonrakı yazı
Malta parlamentinin sədri: “Malta Gürcüstanın Avropa İttifaqına üzv olmasını tam dəstəkləyir”
Öncəki yazı
Marneulinin Tamarisi kəndində Svan Etnoqrafik Muzeyi inşa olunacaq