Another advertisement
31 May tarixində Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı və Savalan Mirzoyev Ali Qanunvericilik Orqanında “1+4” proqramının benefisiarları olan milli azlıqları təmsil edən tələbələrlə görüş keçirib
Görüşdə təhsil istiqamətində mövcud vəziyyəti müzakirə edilib və gənclərin səsləndirdiyi prioritet məsələləri dinlənilib
“Təhsil sistemində yeniliklərin tətbiqi üçün hər bir tələbənin rəyinin nəzərə alınması vacibdir. Komandamızın əsas vəzifəsi gənclərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaratmaqdır. Səfər çərçivəsində tələbələr sessiyada iştirak edib, parlamentin müxtəlif yerlərinində olublar”. – deyə Parlamentin üzvü Zaur Darğallı bildirib