This is a specific ad

Gürcüstan parlamentinin üzvü Zaur Darğallı Qasımlı sakinləri ilə görüşüb

70

Another advertisement

Gürcüstan parlamentinin üzvü, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğalı Qasımlı inzibati vahidinin üç kəndində əhali ilə görüşüb, onların ehtiyaclarını yerində dinləyib.

“İnzibati vahidlərdə vətəndaşlarla görüşlərimizi fəal şəkildə davam etdiririk. Bu gün biz Qasımlı inzibati vahidinin üç kəndində Baytalı, Beytarabçı və Qasımlı sakinləri ilə görüşdük.Şadam ki, sakinlər görüşlərdə fəal iştirak edirlər və biz onlardan komandamıza böyük dəstək hiss edirik. Səmimi qəbula və görüşlərdə fəal iştirakına görə hər bir vətəndaşa təşəkkürümü bildirirəm.Əhalinin prioritet məsələsi olan əsas məsələ Qasımlı kəndində içməli suyun normal işləməsi ilə bağlı idi. Qeyd etmək istərdim ki, Qasımlıda su anbarının tikintisi layihəsi Marneuli munisipaliteti tərəfindən alınıb və layihə həyata keçirildikdən sonra içməli su ilə bağlı problemlər tam həll olunacaq.Uzun müddətdir suvarma suyu ilə bağlı olan əsas problem bizim də iştirakımızla öz həllini tapdı və görüşdə əhali qeyd olunan faktı müsbət qiymətləndirdi.Qeyd etmək istərdim ki, bütün munisipalitet üzrə görüşlər mərhələ-mərhələ keçirilir. əziz vətəndaşlar, biz bütün inzibati ərazi vahidlərinə gəlib sizin prioritet məsələlərinizi dinləyəcəyik və bu məsələlər, mütləq həllini tapacaqdır”- deyə Zaur Darğallı bildirib.

Qeyd edək ki, görüşlər davam edəcək və Marneuli Bələdiyyəsinin bütün inzibati ərazi vahidlərini əhatə edəcək.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Mayın 26-na olan rəsmi valyuta məzənnəsi
Öncəki yazı
Əliyev: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün…”