This is a specific ad

Gürcüstan Parlamentinin sədri Azərbaycanın Baş naziri ilə görüşüb

46

Another advertisement

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün, dekabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşdə Şalva Papuaşvilinin səfərinin Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Baş nazir İrakli Qaribaşvili və Prezident İlham Əliyevin səyləri nəticəsində bu gün qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Gürcüstan ilə Azərbaycan arasındakı mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edildi, hakim partiyalar arasında çox yaxşı münasibətlərin olduğu vurğulandı.

Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirildi.

Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında xüsusi rolu təqdir edildi. Hazırda parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu vurğulandı. Görüşdə həmçinin qeyd edildi ki, hər iki ölkənin parlament nümayəndələri beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

İqtisadi-ticari əməkdaşlığın ənənəvi olaraq yaxşı dinamika nümayiş etdirdiyi bildirilərək hər iki ölkənin bir-birlərinin ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırıldı.

Qeyd edildi ki, Azərbaycan Gürcüstanın ən böyük xarici investorlarından biridir. Bu baxımdan SOCAR-ın Gürcüstanda uğurlu fəaliyyətinə toxunuldu.

Tərəflər mövcud geniş potensialdan tam şəkildə istifadə edilərək Azərbaycan-Gürcüstan iqtisadi-ticari əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladılar. Bu baxımdan Hökumətlərarası komissiyanın səmərəli platforma kimi rolu yüksək qiymətləndirildi.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına töhfə verdiyi və regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi məmnunluqla qeyd olundu.

Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətə malikdir.

Bildirildi ki, eyni zamanda gündəlikdə hər iki ölkənin iştirakı ilə yeni layihələr və təşəbbüslər də var. Onlardan biri Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycanın “yaşıl” elektrik enerjisinin Rumıniyaya tədarükünü nəzərdə tutan sualtı kabelin çəkilməsi layihəsidir.

Qeyd edildi ki, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın da çox gözəl nəticələri var.

Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyi xüsusi vurğulandı, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhlizin getdikcə daha da aktuallaşdığı bildirildi.

Hazırda Orta Dəhlizin funksionallığının, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində aparılan işlərdən bəhs edildi.

İki ölkə arasında humanitar, xüsusilə mədəni sahədə əməkdaşlığın yüksək inkişaf dinamikası təqdir edildi.

Oktyabrda Gürcüstan paytaxtında təməli qoyulan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının  Azərbaycan-Gürcüstan mehriban qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminlik ifadə olundu.

Eyni zamanda Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların ikitərəfli əlaqələrin inkişafındakı rolu xüsusi vurğulandı.

Görüşdə həmçinin iki ölkə arasındakı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.

Kateqoriya: Siyasət
Sonrakı yazı
11-12 dekabrda gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Ge\Azდმანისის მუნიციპალიტეტში 2023 წელს 1,5 კმ-იანი გზის რეაბილიტაცია დასრულდა სოფელ უსეინქენდსა და კოსტავას ქუჩაზე.