This is a specific ad

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İlham Əliyevlə görüşüb

24

Another advertisement

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, Şalva Papuaşvilinin güclü Azərbaycan dövlətinin formalaşmasında və Cənubi Qafqazda strateji layihələrin inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu vurğulayıb.

“Parlament sədri Gürcüstanın ərazi bütövlüyünə verdiyi qəti dəstəyə və Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsində şəxsi töhfəsinə görə İlham Əliyevə minnətdarlığını bildirib. Tərəflər iki ölkə arasında münasibətlərin dinamikasını müsbət qiymətləndiriblər. Enerji, nəqliyyat, ticarət və digər sahələrdə effektiv əməkdaşlığa diqqət yetirilib. Görüşdə həmçinin regionda cərəyan edən hadisələrə toxunulub. Tərəflər regional sülh, firavanlıq və sabitliyin təşviqi istiqamətində əməkdaşlığı davam etdirməyə dair hazırlıq ifadə ediblər” – məlumatda qeyd edilir.

Sonrakı yazı
Türkiyədə prezident seçkilərinin ikinci turu nə vaxt keçriləcək?
Öncəki yazı
İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə İslandiyaya səfər edir