This is a specific ad

Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub

68

Another advertisement

Gürcüstan parlamentinin Baş katibi xanım Ketevan Kvinikadzenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 9-da Azərbaycan Respublikasının Milli Məclisində olub. Qonaqlar burada deputatlar və parlament əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

QafqazTürk.com xəbər verir ki,Gürcüstan nümayəndə heyəti Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevlə görüşüb.

Görüşdə Azərbaycan və Gürcüstan xalqları arasındakı tarixi köklər üzərində qurulmuş dostluqdan danışan F.Hacıyev Prezident İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi, sentyabr ayında Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etməsi barədə fikirlərini bölüşüb. O, həmçinin qeyd edib ki, Azərbaycan Gürcüstanla digər sahələrdə olduğu kimi, parlamentlər arasında əlaqələrin inkişaf etdirilməsində də maraqlıdır.

Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadze iki ölkə arasında möhkəm dostluq münasibətlərinin olduğunu söyləyib. O, əlaqələrin genişləndirilməsində qanunverici orqanların rolundan, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti, həmçinin Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlament Aparatının bir neçə şöbə müdiri ilə də görüş keçirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ərdoğandan Ermənistan və İrana çağırış
Öncəki yazı
Almaniya Əfqanıstana yardım üçün 5 milyon avro ayıracaq