Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycanda Respublikasında rəsmi səfərdədir

1

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, vitse-spiker Arçil Talakvadze, parlamentin üzvlər Zaur Darğallı və Savalan Mirzəyev Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş keçiriblər.

Həmcinin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

“Səfər çərçivəsində davam edən görüşlərdə tərəflər Gürcüstan və Azərbaycan arasında tarixi dostluğu və uzunmüddətli səmərəli strateji tərəfdaşlığı vurğuladıq. Eyni zamanda iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən parlament səviyyəsində, ticarət, enerji, təhsil sahələrində əməkdaşlıqdan da danışdıq”.- deyə Gürcüstan parlamentinin üzvü ,Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı rəsmi səhifəsində qeyd edib.

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
Sorğu: Ermənilərin 42,6%-i Azərbaycanla sərhəd hadisələrində yerli hakimiyyəti təqsirkar sayır
Öncəki yazı
Yeni Zelandiyada yataqxanada yanğın olub, azı 6 nəfər ölüb