This is a specific ad

Gürcüstan parlamentinin deputatları Rusiyaya görə dava ediblər

96

Another advertisement

Gürcüstan parlamentinin müxalifətdəki “Aqmaşenebeli strategiyası” partiyasından olan Giorgi Vaşadze və “Xalqın gücü” qrupundan olan İrakli Beraya plenar iclasda əlbəyaxa dava ediblər.

Belə ki, Giorgi Vaşadze tribunada çıxışı zamanı hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və onları Rusiya hakimiyyəti ilə dostluq etməkdə ittihamlandırıb.

Deputat çıxışını bitirib yerində əyləşərkən “Xalqın Gücü” qrupundan olan deputat Daçi Beraya ilə aralarında mübahisə baş verib.

Deputatları parlamentin məhkəmə icraçıları ayırıb.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Çavuşoğlu: “Kamal Kılıçdaroğlunun Azərbaycana üzr borcu var”
Öncəki yazı
Tanınmış peşəkar repetitor Elvir Həsənoğlu abituriyentlər üçün riyaziyyat video dərsi hazırlayır