This is a specific ad

Gürcüstan parlamentinin deputatları Rusiyaya görə dava ediblər

28

Another advertisement

Gürcüstan parlamentinin müxalifətdəki “Aqmaşenebeli strategiyası” partiyasından olan Giorgi Vaşadze və “Xalqın gücü” qrupundan olan İrakli Beraya plenar iclasda əlbəyaxa dava ediblər.

QafqazTürk “Report”a istanadən məlumat verir ki, davanın görüntülərini Gürcüstanın “TV Pirveli” telekanalı canlı yayımlayıb.

Belə ki, Giorgi Vaşadze tribunada çıxışı zamanı hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və onları Rusiya hakimiyyəti ilə dostluq etməkdə ittihamlandırıb.

Deputat çıxışını bitirib yerində əyləşərkən “Xalqın Gücü” qrupundan olan deputat Daçi Beraya ilə aralarında mübahisə baş verib.

Deputatları parlamentin məhkəmə icraçıları ayırıb.

Mənbə: Report

Sonrakı yazı
Tanınmış peşəkar repetitor Elvir Həsənoğlu abituriyentlər üçün riyaziyyat video dərsi hazırlayır
Öncəki yazı
Volodimir Zelenski: Ərəb ölkələrinin liderlərini Rusiyanın təsirinə baxmayaraq ukraynalılara kömək etməyə çağırıram – ƏTRAFLI