This is a specific ad

Gürcüstan parlamentində prezident seçkiləri üçün səsvermə başa çatıb

41

Another advertisement

Gürcüstan parlamentində prezident seçkiləri üçün səsvermə başa çatıb.

QafqazTürk Media xəbər verir ki, MSK səsləri saymağa başlayır.

Prosedur parlamentin plenar iclaslarının zalında baş tutub və ona Mərkəzi Seçki Komissiyası rəhbərlik edib.

Səsvermə açıq şəkildə aparılıb. Əvvəlcə Gürcüstan parlamentinin üzvləri, sonra isə əlifba sırası ilə kollegiyada digər dövlət orqanlarının nümayəndələri səs veriblər.

Müxalifət prosesdə iştirak etməyib.

Seçkilər kollegiyası tərəfindən seçilən altıncı prezident vəzifəsinə yalnız bir namizəd- Mixail Kavelaşvili irəli sürülüb.

300 nəfərlik kollegiyanın tam tərkibinin 2/3-nin – azı 200 üzvün səsi prezidenti seçmək üçün kifayətdir.

Prezident 5 il müddətinə vəzifəsini icra edəcək.

Sonrakı yazı
Mixail Kavelaşvili parlamentdədir
Öncəki yazı
Rustaveli prospektinə quraşdırmaq üçün 30 kamera alınır