This is a specific ad

Gürcüstan Parlamentində gürcü əsilli fereydanlıların problemlərinə baxılacaq

51

Another advertisement

Gürcüstan Parlamentində gürcü əsilli fereydanlıların problemlərinə baxılacaq.

QafqazTürk.com xəbər verir ki, Parlament sədri Şalva Papuaşvilinin adına yazılmış və 300 nəfərdən artıq fereydanlıdan ibarət təşəbbüs qrupunun hazırladığı petisiya (istəklər) müzakirə olunmaq üçün parlament bürosuna təqdim edilmişdir.

Petisiyada iddia edilir ki, onlara qarşı aparılan diskriminasiya xarakterli yanaşma mane olur ki, onlar Gürcüstan vətəndaşlığı alsınlar, ya da heç olmasa, müvəqqəti qeydiyyata malik olsunlar.

QafqazTürk Media xatırladır ki, fereydanlılar etnik gürcülərin varisləridir və 400 yüz il bundan əvvəl İrana köçürülmüşlər. Əsasən İsfahan ostanının Firidunşəhr şəhərində yaşayırlar.

Məqsədləri etnik vətəndə –  Gürcüstanda yaşamaqdır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Avropa çempionatının startına bir həftə qalıb – QRUP MƏRHƏLƏSİNİN TƏQVİMİ
Öncəki yazı
“Vahid Milli Hərəkat” partiyasının sədri istefa verib