Another advertisement
Gürcüstan Parlamentində gürcü əsilli fereydanlıların problemlərinə baxılacaq.
QafqazTürk.com xəbər verir ki, Parlament sədri Şalva Papuaşvilinin adına yazılmış və 300 nəfərdən artıq fereydanlıdan ibarət təşəbbüs qrupunun hazırladığı petisiya (istəklər) müzakirə olunmaq üçün parlament bürosuna təqdim edilmişdir.
Petisiyada iddia edilir ki, onlara qarşı aparılan diskriminasiya xarakterli yanaşma mane olur ki, onlar Gürcüstan vətəndaşlığı alsınlar, ya da heç olmasa, müvəqqəti qeydiyyata malik olsunlar.
QafqazTürk Media xatırladır ki, fereydanlılar etnik gürcülərin varisləridir və 400 yüz il bundan əvvəl İrana köçürülmüşlər. Əsasən İsfahan ostanının Firidunşəhr şəhərində yaşayırlar.
Məqsədləri etnik vətəndə – Gürcüstanda yaşamaqdır.