This is a specific ad

Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb

8

Another advertisement

Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edildiyi kimi, noyabrın 26-dan müvafiq sərəncam ləğv edilənədək Gürcüstan Parlamenti Sarayında sarı mühafizə səviyyəsi qüvvədə olacaq.

Parlament sədrinin sərəncamına əsasən, parlamentin planlaşdırılan tədbirlərinə girişin məhdudlaşdırılması həm ziyarətçilərə, həm də KİV nümayəndələrinə şamil edilir. O cümlədən, parlamentin tədbirlərinə yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq, KİV-lərə gəldikdə isə, parlament tədbirləri başa çatana qədər parlamentin binasında yalnız televiziya yayımçılarının akkreditasiyadan keçmiş jurnalistləri işləyə biləcək.

Parlament sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 “Gürcüstan Parlamentinin Sarayında təhlükəsizliyin mühafizəsi qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il noyabrın 26-dan ləğv edilənədək , Gürcüstan Parlamenti Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb.

Planlaşdırılan parlament tədbirlərinə (komitə və plenar iclaslar da daxil olmaqla) yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq.

Parlament tədbirləri başa çatana qədər hər bir yayımçıdan ikidən artıq akkreditə olunmuş televiziya yayımçıları qrupunun/telemedia vasitələrinin binaya buraxılmasına icazə verilməyəcək.

Sözügedən tədbirin keçirilməsində məqsəd Gürcüstanın Parlament Sarayında təhlükəsiz iş mühitinin təmin edilməsidir”, – parlamentin mətbuat xidmətinin bəyanatında deyilir.

Sonrakı yazı
Keçmiş baş nazirin tərəfdarları ilə polis arasında baş verən qarşıdurma ölümlə nəticələnib
Öncəki yazı
Prezident seçkilərinin keçiriləcəyi tarix bu gün bəlli olacaq