This is a specific ad

Gürcüstan parlamenti “Xarici agentlər” haqqında qanunu yenidən müzakirə edəcək

32

Another advertisement

Gwrcwstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.

QafqazTürk.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze brifinq zamanı deyib.

“Qanun layihəsi Gürcüstan parlamentində 2023-cü il təşəbbüsü ilə irəli sürülən mətnlə eyni olacaq. Bu gün təşəbbüs göstərdiyimiz qanun layihəsində tək fərq “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilat” ifadəsi işlədiləcək”, – o bildirib.

Onun sözlərinə görə, bütün digər mətn ötən il təşəbbüsü ilə irəli sürülən qanun layihəsində olduğu kimi olacaq.

Qanun layihəsinin qəbulu parlamentin yaz sessiyasının sonuna qədər planlaşdırılır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma olub
Öncəki yazı
Levan İoseliani:Azərbaycan dili dərsliyinin Gürcüstanın təhsil sistemi ilə müəyyən uyğunsuzluqları var