Gwrcwstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.
QafqazTürk.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze brifinq zamanı deyib.
“Qanun layihəsi Gürcüstan parlamentində 2023-cü il təşəbbüsü ilə irəli sürülən mətnlə eyni olacaq. Bu gün təşəbbüs göstərdiyimiz qanun layihəsində tək fərq “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilat” ifadəsi işlədiləcək”, – o bildirib.
Onun sözlərinə görə, bütün digər mətn ötən il təşəbbüsü ilə irəli sürülən qanun layihəsində olduğu kimi olacaq.
Qanun layihəsinin qəbulu parlamentin yaz sessiyasının sonuna qədər planlaşdırılır.