This is a specific ad

Gürcüstan Parlamenti Kitabxanasında Xəyalə Mustafayevanın rəsm əsərlərinin sərgisi baş tutub

324

Another advertisement

23 sentyabr tarixində Tbilisidə Gürcüstan Parlamentinin Kitabxanasında Marneulidən olan rəssam Xəyalə Mustafayevanın rəsm əsərlərinin sərgisi baş tutub.


QafqazTürk Media xəbər verir ki, “Gürcüstan-Azərbaycan Dostluq Körpüsü” mövzusunda baş tutan sərgidə 50-yə yaxın rəsm əsəri sərgilənib.

Müəllimə Növrəstə Həsənovanın aparıcılığı ilə baş tutan sərgidə dəvət olunmuş qonaqlar sərgi haqqında öz təəssüratlarını bölüşərək Xəyalə xanıma uğurlar arzuladılar.


Rəsm sərgisində çıxış edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov X. Mustafayevanın rəsmlərini bəyəndiyini, hər bir rəsm əsərinin dərin məna kəsb etdiyini vurğulayaraq rəssamın öz əsərlərində sülhə, barışığa, əmin-amanlığa və s. yer verdiyini qeyd etdi.

Xəyalə Mustafayevanın 6-cı fərdi sərgisinə Suxumi universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Quram Marxulia, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, QHT nümayəndələri, jurnalistlər, tələbələr və digər maraqlanan şəxslər qatılmışdılar.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bank of Georgia Ermənistanın aparıcı banklarından birini alıb
Öncəki yazı
28 sentyabrda “Dmanisoba” el bayramı keçiriləcək- Bayram proqramı