• 10 Mart 2025 22:50

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Gürcüstan parlamenti ilə Azərbaycan Milli Məclisi arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb

ByTürkan Şahverdova

Mar 10, 2025
Another advertisement

Gürcüstan parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Tərəflər parlamentlərarası əməkdaşlığın strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi barədə razılığa gəliblər. Onlar həmçinin iki ölkənin parlament fəaliyyətinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması üçün komissiya və komitələr arasında müntəzəm əlaqələrin qurulmasına və parlament üzvlərinin nümayəndə heyətləri arasında mübadilələrin aparılmasına kömək edəcəklər.

Memorandumu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova imzalayıblar.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.