Another advertisement
Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirlərinin ləğvi ilə bağlı məlumat dərc edir.
Parlamentin verdiyi məlumata görə, bundan sonra parlamentdə keçiriləcək tədbirlərdə KİV nümayəndələrinə və ziyarətçilərə məhdudiyyət qoyulmayacaq.
“Parlament sədrinin 4 sentyabr 2023-cü il tarixli 1/259/23 saylı sərəncamına əsasən, 28 noyabr saat 14:00-dan Parlament Sarayında fəaliyyət göstərən mühafizənin sarı səviyyəsi ləğv edilib”- deyə məlumatda bildirilir.