This is a specific ad

Gürcüstan ordusunun artilleriya bölmələri hərbi təlimlər keçirib

18

Another advertisement

Gürcüstan Müdafiə Qüvvələrinin artilleriya bölmələrinin döyüş atışlı hərbi təlimləri keçirilib.

Qafqaztürk xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Vaziani təlim bazasında keçirilən 3 həftəlik təlimi 5-ci Artilleriya Briqadasının 52-cü Artilleriya Batalyonu canlı atəşlə başa vurub.

Təlimin məqsədinin baş qərargahların, atəş bölmələrinin, hava hücumundan müdafiə bölmələrinin birgə əməliyyat qabiliyyətini və praktiki bacarıqlarını inkişaf etdirmək olduğu qeyd olunub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstan ordusunun artilleriya bölmələri hərbi təlimlər keçirib
Öncəki yazı
Azərbaycan Gürcüstana polis attaşesi təyin edib