Gürcüstan nə qədər qarğıdalı istehsal edir və hansı ölkələrdən alır?

4

İlin əvvəlindən qarğıdalı 21% ucuzlaşıb ki, bu da ABŞ-la yanaşı Braziliyada da qarğıdalının bu il çox istehsal edilməəi ilə bağlıdır. Trading Economics-in məlumatına görə, qarğıdalı fyuçersləri hazırda 4,75 dollara satılır.Bunun fonunda Gürcüstanda qarğıdalı idxalı artır.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin ilk iki rübündə ölkəyə 14,5 milyon ABŞ dolları dəyərində qarğıdalı daxil olub ki, bu da ötən ilin eyni dövründəki 5,3 milyon ABŞ dolları göstəricisindən 173% çoxdur.

İxraca gəlincə, idxalla müqayisədə bu, kifayət qədər kiçikdir və 2023-cü ilin yanvar-iyun aylarında 1,3 milyon ABŞ dolları təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda qarğıdalı istehsalı azalır və 2022-ci ildə 152,9 min tona çatib ki, bu da 2021-ci illə müqayisədə 34,4% , 2014-cü illə müqayisədə isə 47,6% azdır.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Şovidə təbii fəlakət zonasında həlak olanların sayı artıb – ƏTRAFLI
Öncəki yazı
CAR-da COVID-19-un yeni ştamına ilk yoluxma qeydə alınıb – ƏTRAFLI