This is a specific ad

Gürcüstan MN əməkdaşı xidməti vəzifəsini icra edərkən aldığı xəsarətlər nəticəsində Türkiyədə dünyasını dəyişib

280

Another advertisement

Gürcüstan Müdafiə Nazirliyi Müdafiə Qüvvələrinin Qərb Komandanlığının 2-ci Piyada Briqadasının hərbçisi, kapral Zurab Fisenkonun vəfatı ilə əlaqədar dərin hüznlə kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına başsağlığı verir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bəyanat yayıb.

“Nazirlik tərəfindən yayılan açıqlamadan artıq ictimaiyyətə məlumdur ki, kapral Fisenko xidməti vəzifəsini yerinə yetirərkən bədənində müxtəlif dərəcəli yanıqlar almışdı və o, Gürcüstanda göstərilən tibbi xidmətlərdən sonra Türkiyədəki ixtisaslaşdırılmış klinikaya köçürülmüşdü. Yüksək keyfiyyətli tibbi yardım göstərilməsinə baxmayaraq, onu həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyi mərhumun ailəsinə və yaxınlarına bir daha başsağlığı verir”, – məlumatda deyilir. .

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Roma Əsasnaməsini imzalamasına baxmayaraq Monqolustan Putini niyə həbs etmədi? – AÇIQLAMA
Öncəki yazı
4 sentyabr tarixinə olan valyuta məzənnəsi belə görünür