This is a specific ad

Gürcüstan miqyasında 55 narkocinayətkar saxlanılıb

53

Another advertisement

Daxili İşlər Nazirliyi Tbilisi, Acarıstan, Şida Kartli, Kvemo Kartli, Quriya, Sameqrelo-Zemo Svaneti, İmereti, Raça-Leçxumi, Kvemo Svaneti və Kaxeti bölgələrində həyata keçirdiyi əməliyyat- istintaq tədbirləri nəticəsində 55 nəfəri saxlayıb.

Qafqaztürk xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 55 nəfərdən 37 nəfəri narkotacir, yerdə qalanı isə narkotik cinayətləri ilə məşğul olan şəxslərdir.

Saxlanılan şəxslər, külli miqdarda narkotik vasitələri əldə etmə və saxlama, habelə tərkibində xüsusilə külli miqdarda narkotik vasitə olan bitkilər əkib-becərmə maddələri ilə ittiham olunurlar.

Hakimin hökmü əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə həbs edilmiş şəxslərdən bir neçə dəfə narkotik vasitələrin alışını həyata keçirərək həmin faktların gizli audio-video çəkilişlərini aparıblar.

Fatkla bağlı Cinayət Məcəlləsinin 260, 19-260, 262, 265, 273 prima, 19-273 prima, 18-273 prima və 236-cı maddələri ilə İstintaq aparılır. Saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Cari il Marneulidə “Yay bağçası” fəaliyyət göstərəcək
Öncəki yazı
Bu şəxslərə Azərbaycanda daimi yaşamaq icazəsi verildi