Sentyabrın 9-da Gürcüstanın əksər ərazilərində arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Həmçinin bəzi yerlərdə dolu yağa bilər. Sentyabrın 10-da isə şimşək çaxacaq qısamüddətli yağış bəzi ərazilərdə yağacaq.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Şəhərlərə gəlincə, sentyabrın 9-da Tbilisidə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək, sentyabrın 10-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Batumi, Kobuleti və Potidə sentyabrın 9-da, 10-u səhərədək arabir yağış yağacağı, şimşək çaxacağı, sentyabrın 10-da gün ərzində yağış yağacağı gözlənilir.
Sentyabrın 9-10-da dənizdə güclü külək və tufan müşahidə oluna bilər. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın Kutaisi, Zuqdidi, Martvili, Ozurqeti və Lançxuti şəhərlərində sentyabrın 10-u səhərədək qısamüddətli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında isə – Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere və Xuloda sentyabrın 10-u səhərədək arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edir.
Qərbi Gürcüstanın dağlıq rayonlarına gəlincə – Mestia və Baxmaroda sentyabrın 10-u səhərədək arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.
Rustavi, Marneuli, Qardabani, Qori və Çxinvali şəhərlərində sentyabrın 9-da şimşək çaxacağı, yağış yağacağı, sentyabrın 10-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Kaxeti regionunda, o cümlədən Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta və Dedoplisçğaroda sentyabrın 8-9-da sinoptiklər qısamüddətli yağış yağacağını, şimşək çaxacağını, dolu yağacağını proqnozlaşdırırlar. Sentyabrın 10-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında isə – Axalçixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə sentyabrın 10-u səhərədək qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq bölgəsinə gəldikdə – Axalkalaki, Çalka, Bakuriani, Qudauri və Omaloda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +13+15 dərəcə təşkil edəcək.
Həmçinin sentyabrın 10-da gecə və səhər saatlarında Gürcüstanın dağlıq rayonlarında qar yağacağı müşahidə oluna bilər.