This is a specific ad

Gürcüstan millisinin qiyməti 24,050 milyon avro artıb

88

Another advertisement

Avro-2024 başa çatdıqdan sonra Gürcüstan futbol komandasının dəyəri 24,050 milyon avro artıb.

QafqazTürk Media xəbər verir ki, “Transfermarkt” statistik və transfer platformasının məlumatına görə, komandanın sərvəti hazırda 185,10 milyon avro olduğu halda, Avropa çempionatının başlamazdan əvvəlki dəyəri 161,05 milyon avro idi.

Futbolçuların dəyərinə gəlincə – ən bahalı oyunçu Xviça Kvaraçxeliyadır – 80 milyon avro ilə dəyəri 45 milyon avro (çempionatdan əvvəl 35 milyon avro) olan Qiorqi Mamardaşvili ikinci yerdədir. Üçüncü yerdə Qiorqi Mikautadze qərarlaşıb – 20 milyon avro dəyərində (çempionatdan əvvəl 15 milyon avro). Hər birinin dəyəri 5 milyon avro olan Otar Kiteişvili və İrakli Azarov ilk beşliyi tamamlayır.

Kateqoriya: İdman
Sonrakı yazı
Aİ Şurası Ermənistan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu çərçivəsində ilk yardımı təsdiqləyib.
Öncəki yazı
Gürcüstanda zəlzələ baş verib