Another advertisement
Gürcüstan millisinin iki futbolçusu Saba Qoqliçidze və Giorgi Tsitaişvilinin transfer dəyəri artıb.
QafqazTürk Media bu barədə yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, gürcüstanlı müdafiəçi Saba Qoqliçidzenin bu mərhələ üçün transfer dəyəri 5 milyon avrodur. O vaxta qədər 20 yaşlı futbolçunun transfer dəyəri 300 min avro idi.
Qeyd olunur ki, daha bir futbolçu Giorgi Tsitaişvilinin transfer dəyəri artıb. 23 yaşlı futbolçunun dəyəri mayda 800 min avro idisə, hazırda 1 milyon avroya yüksəlib.