Another advertisement
Gürcüstan millisi 2025-ci il raqbi üzrə Avropa çempionatının yarımfinalında Rumıniyanı 43:5 hesabı ilə məğlub edərək finala yüksəlib.
Bundan başqa, Gürcüstan millisi on doqquzuncu dəfə Antimoz İverieli kubokunun sahibi olub.
Matçın hər iki hissəsi “Bəbirlər”in tam üstünlüyü ilə keçib. Konkret olaraq, birinci hissədə Gürcüstan millisi rəqibini 29:0 hesabı ilə məğlub edib.
“Bəbirlər” finalda İspaniya yığması ilə qarşılaşacaq. Görüş yenidən Tbilisidə keçiriləcək.