This is a specific ad

Gürcüstan millisi Albaniyanı da məğlub etdi

307

Another advertisement

“Millətlər Liqası”nın ikinci turunda Gürcüstanın futbol komandası Albaniya millisinə 1:0 hesabı ilə qalib gəlib.

QafqazTürk Media xəbər verir ki, qarşılaşmada yeganə qolu Qiorqi Koçoraşvili vurub.

Nəticədə, Gürcüstan millisi qrupun vahid lideridir. Gürcüstan millisi ümumilikdə 6 xal qazanıb.

Xatırladaq ki, qarşılaşma Tiranada baş tutub. Qrupun ilk oyununda Gürcüstan yığması Çexiya futbol komandasına 4:1 hesabı ilə qalib gəlib.

Tbilisinin Birinci Respublika meydanında Gürcüstan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin səfər oyununun ictimaiyyətə nümayişi olub.

Kateqoriya: Cəmiyyət, İdman
Sonrakı yazı
Paytaxta 18 metrlik avtobusların gətirilməsi davam edir
Öncəki yazı
Rus Kəşfiyyatı: ABŞ Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə etmək istəyir