Another advertisement
Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatlarının azaldığı açıqlanıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Məlumata görə, mayda ehtiyatlar 214,3 milyon dollar azalaraq 4,6 milyard dollar təşkil edib, yanvar-may aylarında isə 409,6 milyon lari (145,2 milyon dollar) azalıb. Bu, Milli Bankın valyuta bazarındakı əməliyyatları ilə bağlıdır. May ayında hərracda 107 milyon dollar satılıb.
Qeyd edək ki, xarici valyutaya çevrilmiş beynəlxalq ehtiyatlar Milli Bankın ehtiyatlarının əsas hissəsini təşkil edir və 3,6 milyard dollar təşkil edir.