This is a specific ad

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti “Aptek narkomanlığı” faktları aşkarlanıb

74

Another advertisement

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti “aptek narkomanlığı” faktlarının aşkar edilməsi məqsədilə fəal əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi üzrə aparılan kompleks tədbirlər nəticəsində qanun pozuntusu ilə fəaliyyət göstərən 17 aptek müəyyən edilib.

“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən aptek müəssisələrinin fəaliyyətləri üçün zəruri icazə sənədlərinin olmadığı, onlardan müxtəlif adda və xüsusi nəzarətdə olan psixotrop vasitələrin reseptsiz satıldığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop dərman vasitələri, onların satışından əldə edilmiş pul vəsaitləri, məlumat və sənədləri özündə əks etdirən kompüter avadanlığı aşkar edilərək götürülüb.

Sözügedən cinayət Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” -deyə məlumatda qeyd olunub

Kateqoriya: Gündəm
Sonrakı yazı
Əziz marneulilər, gəlin Müstəqillik Gününü birlikdə qeyd edək!
Öncəki yazı
Mayın 26-na olan rəsmi valyuta məzənnəsi