This is a specific ad

Gürcüstan Mədəniyyət və İdman Nazirliyi bölünəcək

297

Another advertisement

Seçkilərdən sonra qanunvericilik dəyişikliyinə başlanılacaq. Mədəniyyət və İdman nazirlikləri ayrıca qurumlar kimi yaradılacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze açıqlama verib.

“Seçkilər bitən kimi qanunvericilik dəyişikliyi həyata keçirəcəyik. Dəyişikliyə görə, Nazirlik bölünəcək, yəni Mədəniyyət Nazirliyi və İdman Nazirliyi bir-birindən ayrılacaq və ayrıca qurum kimi formalaşacaq. Son illər idman sahəsində böyük uğurlar əldə etmişik, idmanın inkişafına xüsusi diqqət yetirilir, ayrıca İdman Nazirliyinin yaradılması da diqqətin daha bir göstəricisi olacaqdır”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, bölgüdən sonra yeni təyin olunmuş nazir – Tinatin Ruxadze Mədəniyyət Nazirliyinin rəhbəri vəzifəsində qalacaq, Şalva Qoqoladze isə İdman Nazirliyinə rəhbərlik edəcək, buna qədər isə o, Tinatin Ruxadzenin birinci müavini olacaq.

“Mədəniyyət və idman nazirinə gəlincə, nazirlik bölünməzdən əvvəl bir nazir olacaq – Tinatin Ruxadze. Şalva Qoqoladze bu mərhələdə nazirin birinci müavini vəzifəsini tutacaq, o, Mədəniyyət və İdman Nazirliyində idman kuratoru olacaq, İdman Nazirliyi bölündükdən sonra isə idman naziri vəzifəsini tutacaq” , – deyə baş nazir bildirib.

Sonrakı yazı
19 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Tea Çulukiani vəzifəsindən istefa verib- Onu Tinatin Ruxadze əvəz edəcək