Another advertisement
Gürcüstan karateçiləri Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatını 5 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurublar.
QafqazTürk Media xəbər verir ki, fərdi komitədə Luka Şantadze, Merab Lomadze, Andrea Oniani, Luka Xvedeliani və Aleksandr Şamuqiya qitə birinciliyinin qalibi olublar.
Gümüş medalları Çabuka Maxaradze, Tariel Samxaradze, Tamar Tsintsabadze və Saba Surmanidze qazanıblar. Tatia Putkaradze bürünc mükafatın sahibi olub.
Mötəbər turnirdə 30 ölkədən 2000-ə yaxın idmançı iştirak edib.