Another advertisement
Gürcüstan yaxın aylarda Polşa tərəfi ilə birlikdə pilotsuz uçuş aparatlarının kütləvi istehsalına başlayacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.
“İnfrastrukturu tam təchiz etmişik, yeni bina tikmişik, təmir etmişik və kütləvi istehsala başlamağa tam hazırıq. Polşadan sınaq nüsxələri gətiriləndə sınaq uçuşları həyata keçirmişik. Bu ay artıq burada yığılmış beş pilotsuz uçan aparatı sınaqdan keçirmişik. Biz bütün sınaq mərhələlərindən keçib və yaxın günlərdə olmasa, avqust-sentyabr aylarında biz kütləvi istehsala başlayacağıq”, – deyə Burçuladze bildirib.