Another advertisement
2023-cü ilin may ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumdaxili məhsulun (ÜDM) artımı 7%, 2023-cü ilin ilk beş ayı üzrə orta göstərici isə 7,5% müəyyən edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin may ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verib:
- Tikinti,
- İnformasiya və rabitə,
- Ticarət,
- Nəqliyyat və anbar təsərrüfatı,
- Maliyyə və sığorta fəaliyyəti.
Azalma tendensiyası isə emal sənayesi və daşınmaz əmlak sektorunda müşahidə olunub.