Another advertisement
2023-cü ilin avqust ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumdaxili məhsulun (ÜDM) artımı 5,8% təşkil etmiş, 2023-cü ilin ilk səkkiz ayı üzrə orta göstərici isə 7% müəyyən edilmişdir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin avqust ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verib:
- Maliyyə və sığorta fəaliyyəti,
- Tikinti, emal sənayesi və ticarət
Azalma tendensiyası isə daşınmaz əmlak, nəqliyyat və anbar təsərrüfatı və informasiya-kommunikasiya sektorlarında müşahidə olunub.