This is a specific ad

Gürcüstan İnterpolun axtarışında olan şəxsi İtaliyaya ekstradisiya edib

20

Another advertisement

Gürcüstan İnterpolun qırmızı kateqoriyasında axtarışda olan şəxsi İtaliyaya ekstradisiya edib.

Qafqaztürk xəbər verir ki, məlumatı Gürcüstanın Baş prokurorluğu yayıb.

Bildirilib ki, sözügedən şəxs 2015-ci ildən bəri İtaliyanın ən böyük mafiya qruplaşması olan “Ndrangeta” üçün çirkli pulların yuyulmasında, kiber cinayətkarlıqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və digər cinayət əməllərində iştirak edib.

Onun Tbilisidə Daxili İşlər Nazirliyinin Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Qeyd olunub ki, Tbilisi Şəhər Məhkəməsi cari ilin 16 oktyabrında onun İtaliyaya ekstradisiyasına qərar verib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstan prezidenti: Aİ-yə üzvlüklə bağlı danışıqlar seçkilərdən sonra başlayacaq
Öncəki yazı
Bu tərəvəzin suyu saç tökülməsinin qarşısını alır