Gürcüstan ingilis dili bilikləri indeksində (EF EPI) 113 ölkə arasında 32-ci yerdə qərarlaşıb.
QafqazTürk.com xəbər verir ki,sözügedən tədqiqat ölkələrin yetkin əhalisi arasında ingilis dilini bilmə səviyyəsini qiymətləndirən dünyanın ən böyük tədqiqatı hesab edilir.
350-700 bal arasında dəyişən indekstdə Gürcüstan 541 bala sahibdir və bu göstərici ilə ingilis dilini orta səviyyədə bilən ölkələr siyahısında qərarlaşıb.
Qyed edək ki,bu il Gürcüstan ingilis dili biliklərinə görə bütün qonşu və region ölkələrini qabaqlayır. O cümlədən, Rusiya 532 xalla 41-ci, Ukrayna 530 xalla 45-ci, Ermənistan 528 xalla 48-ci yerdədir. Onlar da Gürcüstan kimi Orta səviyyəli ölkələr siyahısındadırlar. Aşağı səviyyəli ölkələr siyahısında 493 balla 66-cı yerdə olan Türkiyə və 463 xalla 83-cü yerdə olan Azərbaycan yer alıb.
Dövlət dili ingilis dili olmayan ölkələr arasında ingilis dilinin bilik səviyyəsinə görə Niderland(647 bal) birinci, Sinqapur (631 bal) ikinci, Avstriya (616 bal) isə üçüncü yeri tutur. Dünya miqyasında ingilis dilini ən aşağı səviyyədə bilən ölkələr isə Konqo, Taciqistan və Yəməndir.