This is a specific ad

Gürcüstan ilin sonunadək ABŞ ilə ekstradisiya sazişi imzalaya bilər

63

Another advertisement

Gürcüstan hakimiyyəti 2024-cü ilin sonuna kimi ABŞ ilə ekstradisiya sazişi imzalamağı planlaşdırır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidzenin 2023-cü ilin iyunundan 2024-cü ilin may ayına qədər olan dövr üçün hökumət proqramının icrası ilə bağlı hesabatda deyilir.

Parlamentin saytında dərc olunan sənəddə qeyd edilir ki, hesabat dövründə Tbilisi və Vaşinqton ekstradisiya haqqında sazişi paraflayıb.

“Sazişin imzalanması və sonrakı ratifikasiya üçün parlamentə təqdim edilməsi 2024-cü ilə planlaşdırılır”, – məlumatda deyilir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
BMT Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin evlərinə qayıtmaq hüququnu təsdiqləyib
Öncəki yazı
Ermənistanlı nazir müavini: Gürcüstanla delimitasiya prosesi davam etdirilməlidir