This is a specific ad

Gürcüstan ilə İtaliya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq bəyannaməsi imzalanıb

47

Another advertisement

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və onun italiyalı həmkarı Antonio Tayani müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə yüksək səviyyəli dialoqun yaradılması haqqında bəyannamə imzalayıblar.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu format siyasət, müdafiə və təhlükəsizlik, ticarət və iqtisadiyyat, mədəniyyət, təhsil və elm sahələrini əhatə edən dörd tematik ölçüdən ibarət olacaq”, – deyə məlumatda bildirilib.

Bəyannamədə hər iki ölkənin xarici işlər nazirlərinin həmsədrliyi ilə vaxtaşırı görüşlərin keçirilməsi nəzərdə tutulur. Sessiyalarda həmçinin, sahə departamentlərinin təmsilçilərindən ibarət nümayəndə heyətləri də iştirak edəcək. Mətbuat xidməti əlavə edib ki, hər görüşdən sonra birgə kommünike (beynəlxalq əhəmiyyətli məsələlərə dair hökumətin məlumatı, rəsmi xəbər) dərc olunacaq.

Qeyd edək ki, Darçiaşvili cümə axşamı Romaya işgüzar səfərə yollanıb. O, artıq İtaliyanın qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri ilə danışıqlar aparıb, həmçinin İtaliyada yaşayan gürcü diasporunun nümayəndələri ilə görüşüb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Nyu-York metrosunu bir gündə 4 milyon insan istifadə edib
Öncəki yazı
23 aprel Türkiyədə Milli Suverənlik və Uşaqlar Günüdür